
İyulun 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov MİS-in balansında olan dam örtüyü yenilənəcək birmərtəbəli yaşayış binalarına baxış keçirib. Rayon rəhbəri şəhərin Heydər Əliyev prospekti 109, Şamoy Çobanov 8, Şəhidlər Xiyabanı 23 ünvanında yerləşən birmərtəbəli binalarda görülməsi nəzərdə tutulan işləri yerində müzakirə edib, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını, xüsusilə də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülmüş işləri razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.