Tovuzda bir gündə yol qəzasında iki piyada öldü

XƏBƏR 17 avqust 2025, 23:28

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, Ramal Mürşüdov idarə etdiyi “VAZ21 07” markalı avtomobillə qonşusu, 1950-ci il təvəllüdlü Solmaz Mejdinovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırmaya başlanılıb.

Tovuzun Yuxarı Öysüzlü kəndinda maşınla vurulan başqa bir piyada vəfat edib.

Kənd sakini 1975-ci il təvəllüdlü Elbrus Qarayev həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, hər iki hadisə ehtiyatsızlıqdan baş verib.

Faktlarla bağlı araşdırmalar başlanılıb. /Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top