Ağstafada qəza - Maşın 20 metr kənara düşdü

XƏBƏR 20 avqust 2026, 20:22

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı Qazax Gürcüstan magistralının Ağstafa şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Tofaş” markalı avtomobil hərəkətdə olarkən Ağstafa dairəsindən gələn “Hyundai” markalı avtomobil yolun hərəkət istiqamətinə çıxıb. Bu zaman avtomobillər toqquşub. Zərbənin təsirindən “Tofaş” yolda bir necə dəfə dövrə vuraraq qəza yerindən 20 metr kənara düşüb. Xəsarət alan sürücü 46 yaşlı Əfqan Salmanov ətrafdakıların köməyi ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.



DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top