Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var

XƏBƏR 19 oktyabr 2026, 20:07

Qazax rayonunda mal-qara otlağına ildırım düşüb.

Hadisə rayonun Bala Çaylı kəndində qeydə alınıb.

Belə ki, mal-qaranın otarıldığı əraziyə ildırımın düşməsi nəticəsində, 1991-ci il təvəllüdlü S.Bağırov xəsarət alıb.

O, yaxınları tərəfindən Qazax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zərərçəkənin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top