Ağstafada 25 yaşlı gənc bıçaqlanıb

XƏBƏR 07 sentyabr 2026, 10:20

Ağstafada bıçaqlanma hadisəsi olub.

Qerbinfo.com APA-ya istinadla xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü H.Sadıqov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal yardım edildikdən sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda H.Sadıqovun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla polis əməkdaşları tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top