Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi - Fotolar

XƏBƏR 06 sentyabr 2026, 19:58

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə FHN-də yeni kadr təyinatları gerçəkləşib. 

Qerbinfo.com Oxu.Az-a istinadla xəbər verir ki, nazir Bəxtiyar İslam oğlu Tağıyevi özünə müşavir təyin edib.

B.Tağıyev bundan əvvəl FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsində çalışıb.

“Unikal”ın əldə etdiyi məlumata görə isə nazirin digər əmri ilə İsmayıl Rauf oğlu Nəsirov Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin yeni rəisi təyin olunub. İ. Nəsirov bu təyinata qədər həmin agentliyin rəis müavini vəzifəsini icra edib.

Fotoda: Bəxtiyar Tağıyev

Fotoda: İsmayıl Nəsirov

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top