“Lider Academy” artıq yeni ünvanda - FOTO+VİDEO

XƏBƏR 07 sentyabr 2026, 21:41

Sumqayıt şəhərində fəaliyyət göstərən “Lider Academy” yeni tədris ilindən etibarən fəaliyyətini artıq yeni ünvanda davam etdirəcək.
Qerbinfo.com xəbər verir ki, bu münasibətlə yeni mərkəzin rəsmi açılış mərasimi təşkil olundu. Dövlət Himnimizin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbirin rəsmi hissəsinə start verildi. Daha sonra “Lider Academy”nin direktoru Coşqun Əhmədov açılış mərasiminə qatılan qonaqları salamladı. O, tədbirdə iştirak etmək üçün vaxt ayıran bütün qonaqlara təşəkkürünü bildirdi. Qonaqlar öz növbəsində “Lider Academy”nin yeni ünvanda da uğurlu fəaliyyət göstərəcəyinə əminliklərini ifadə etdilər. Çıxışları zamanı təhsil mərkəzinin rəhbərliyinə və kollektivinə yeni tədris ilində uğurlar, yüksək nəticələr və bol nailiyyətlər arzuladılar. Eyni zamanda, yeni binada mərkəzin şagirdlərinin keyfiyyətli təhsil almasında mühüm rol oynayacağına dair xoş arzularını bölüşdülər. Kursun şagirdləri adından çıxış edən Leyla gözəl musiqi ifası ilə “Lider Academy”ni təbrik edərək tədbirə xüsusi rəng qatdı. Tədbirin sonunda rəmzi açılışı bildirən lent kəsildi. Bununla da “Lider Academy”nin yeni ünvanının fəaliyyətinə rəsmi olaraq start verildi və şagirdlər yeni təhsil məkanına dəvət olundular.
Ünvan: Sumqayıt şəh, 11-ci mkr, Koroğlu pr. Bina 124 (31 nömrəli məktəbin yanı)
Tel: 051 466 97 78




DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top