Qazaxda qəzaya düşən iki qardaşın vəziyyəti AÇIQLANDI

XƏBƏR 06 sentyabr 2026, 16:01

Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 6-da saat 08 radələrində qəza nəticəsində xəsarət alan 2 yeniyetmə (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

"2010-cu il təvəllüdlü yeniyetmənin vəziyyəti qənaətbəxş qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.

2013-cü il təvəllüdlü yeniyetmənin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onun vəziyyəti stabil qiymətləndirilir".

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top