Tovuz Dövlət Peşə Təhsil Mərkəzində - Yeni təyinat

XƏBƏR 17 avqust 2026, 21:38

İlham Xasməmmədli Tovuz Dövlət Peşə Təhsil Mərkəzində direktor vəzifəsinə təyin edilib.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, əmək fəaliyyətinə təhsil sahəsində başlayan İlham Xasməmmədli 2016–2024-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin Energetika kafedrasında müəllim kimi çalışıb. O, eyni zamanda 2021-ci ildə “Azərişıq” ASC-nin “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qazax Elektrik Şəbəkəsində aparıcı mühəndis, 2025-ci ildə isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində müəllim vəzifələrində fəaliyyət göstərib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top