I dərəcəli hakim Tural Əliyev Dünya Çempionatının görüşlərini idarə edir.
Qerbinfo.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşı, Tural Əliyev Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U20 Dünya Çempionatında yarışları idarə edən hakimlər arasında ölkəmizi layiqincə təmsil edir. Qeyd edək ki, Tural Əliyev I dərəcəli beynəlxalq hakimdir. O eyni zamanda sərbəst güləş üzrə əməkdar məşqçidir. Hazırda Yardımlı rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışır. Tural Əliyev 1986-cı ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. O, Zorxana Pəhləvan güləşi üzrə 3 qat Avropa Çempionu, 3 qat Dünya Kubokunun sahibi, Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarının Gümüş medalçısıdır.