Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi

XƏBƏR 11 avqust 2026, 18:58

Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv edilən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Kənan Aşurova yeni vəzifə verilib.

"Qaynarinfo" xəbər verir ki, o, FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini təyin edilib.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Xatırladaq ki, Kənan Aşurov 1982-ci ildə Tovuz rayonunda anadan olub. Ailəlidir, iki övladı var. Atası, mərhum İsaxan Aşurov 1989-1991-ci illərdə Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay Rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifələrində çalışıb. 1996-cı ildən vəkil kimi fəaliyyət göstərib və 2012-ci ildə xərçəng xəstəliyindən müalicə olunduğu ABŞ-də vəfat edib.

Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - FOTO

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top