21 yaşlı gənc ürəyindən bıçaqlandı - Hərbçi saxlanıldı

XƏBƏR 15 iyul 2026, 13:25

Ağstafa sakini ürəyindən bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaqlanıb. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib. 

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi istiqamətində Ağstafa Rayon Polis Şöbəsi tərəfindən araşdırma başlanılıb.

***

Oxu.az-ın məlumatına görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun hərbi qulluqçu olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top