Firdovsi Umudov Avropa çempionatı öncəsi komanda üzvlərimizlə görüşdü

XƏBƏR 19 aprel 2026, 19:36
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Avropa çempionatı öncəsi Batumi şəhərində komanda üzvlərimizlə görüşüb. Yığma komandamızın baş məşqçisi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramovun rəhbərliyi altında 4 idmançımız körpücük üzərinə çıxacaq. Tehran Məmmədov sabah, İsa Rüstəmov, Ravin Alməmmədov və Əli Şükürlü isə növbəti günlərdə mübarizə aparacaqlar. Təmsilçilərimizdən Əli Şükürlü komandaya 22 aprel tarixindən etibarən qoşulacaq.
May be an image of one or more people and text

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top