Mingəçevirdə fəaliyyət göstərən Kür Hazırlıq Mərkəzində tanınmış psixoloq və pedaqoq Hüseyn Həsənovla görüş keçirildi. Görüşün əhəmiyyəti barədə danışan Mərkəzin direktoru Rubail Nəbiyev bildirib ki, buraxılış imtahanları hər bir şagirdin təhsil həyatında mühüm mərhələlərdən biridir: "Bu imtahanlar təkcə biliklərin yoxlanılması deyil, eyni zamanda, gələcək hədəflərə aparan bir körpüdür. Lakin imtahanlara hazırlıq prosesi bəzən şagirdlər üçün böyük stress və gərginlik yaradır. Bunu nəzərə alaraq, kursumuza psixoloq Hüseyn müəllimi dəvət etdik"
Psixoloq və pedaqoq Hüseyn Həsənov şagirdlərlə görüşündə, maraqlı məqamlara toxunaraq, onlara dəyərli məsləhətlər verib. Qeyd edək ki, görüşün əsas məqsədi şagirdlərə imtahan stresini idarə etməyi öyrətmək, onların motivasiyasını artırmaq və düzgün hazırlaşma üsulları haqqında məlumat vermək idi. Şagirdlərin imtahana hazırlıq zamanı yaşadığı psixoloji çətinliklər və bu çətinliklərin öhdəsindən gəlmə yolları ətraflı müzakirə olundu. Onların suallarına aydınlıq gətirildi. Görüş zamanı bir neçə mövzular ətrafında geniş müzakirələr aparıldı.
Psixoloq şagirdlərə səsləndi.Unutmayın: İmtahanlar həyatınızın sonu deyil, sadəcə yeni bir başlanğıcdır! Əsas olan inamlı və məqsədyönlü olmaqdır.