Ağstafada faciə: Evin zirzəmisində yanmış meyit tapıldı - VİDEO

XƏBƏR 17 iyun 2026, 09:22

Ağstafa rayonunda yanmış meyit tapılıb. Hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. 51 yaşlı kənd sakini Elman Əliyevin meyiti yaşadığı evin zirzəmisində aşkar edilib.

Bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Mərhumun yaxınlarının sözlərinə görə, Elman Əliyev spirtli içki aludəçisi idi və bəzən bağda və ya evin zirzəmisində gecələyirdi.

"İçki içən adam idi, çox vaxt tibbi spirt qəbul edirdi. Siqaret çəkirdi, ehtimal ki, sərxoş vəziyyətdə olub. Siqaretin külü düşdüyü üçün yanğın başlayıb. O, bunu hiss etməyib və tüstüdən boğularaq ölüb", - deyə mərhumun yaxını bildirib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top