Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysi təyin edilib

XƏBƏR 09 sentyabr 2023, 13:13

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10 sentyabr tarixində hər iki istiqamət üzrə əlavə qatar reysi təyin edib.

Bu barədə cəmiyyət məlumat yayıb.

Saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətində, saat 17:10-da isə Ağstafadan Bakı istiqamətində yola düşəcək.

“Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür”, - deyə məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top