Ağstafada yol qəzası: 3 nəfər xəsarət aldı

HADİSƏ 07 iyun 2023, 17:06

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Toyota” markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər - 1975-ci il təvəllüdlü Gülnarə Hüseynova, 1983-cü il təvəllüdlü Nuranə Qasımova, 2003-cü il təvəllüdlü Sənan Qasımlı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top