Bakıda çimərlikdə kişilər qadınlara hücum çəkdilər: Qətlə yetirilən var

HADİSƏ 19 iyun 2024, 23:55

Bakının Şüvəlan qəsəbəsində dəniz kənarında baş verən ağır cinayətin təfərrüatı məlum olub.

Belə ki, hadisə çimərlikdən təxminən 100 metr kənarda baş verib.

Şahidlər bildiriblər ki, ilk olaraq mübahisə dörd nəfər arasında başlayıb:

"İki qadın və iki bəy yeyib-içdikdən sonra yol kənarına çıxıblar, ardınca mübahisə yaranıb və bəylər xanımları döyüblər. Mərhum Adil Talıbov isə gəlib onları sakitləşdirmək istəyərkən dava düşüb. Sonra bəylər xanımları yola salıb, geri qayıdıblar. A.Talıbov onlardan qaçaraq canını qurtarmaq istəyib. Lakin onu 15-20 nəfər döyüb, iki yerdən bıçaqlayıblar. Mətləb Süleymanlı adlı şəxs ona kəsici alətlə xəsarət yetirərək öldürüb".

Qeyd edək ki, mərhum Adil Talıbov Rusiyada yaşayırmış və qonaq qismində bir neçə günlük Bakıya gəlibmiş.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top