
Kürdəmirdə silahlı insident olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Carlı kəndində qeydə alınıb.
Kənd sakinləri - Xalid Abdullayevlə Rüstəm Məmmədov arasında mübahisə düşüb.
Mübahisə sonra X.Abdullayev gecə saatlarında R.Məmmədovun yaşadığı evə gələrək ov tüfəngi ilə onu güllələyib.
Nəticədə R.Məmmədov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.