Ağstafanın Dağ Kəsəmən kəndində zibillə dolu su arxı təmizlənir - FOTOLAR

GÜNDƏM 08 fevral 2021, 18:52
Ağstafa rayonunda icra olunan abadlıq tədbirləri çəçivəsində Dağ Kəsəmən kənd ərazisində müvafiq işlər həyata keçirilir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və bir sıra məsul şəxslərlə birlikdə aparılan işlərlə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlarını verib.
Kəndin mərkəzində 1-ci Qarabağ döyüşlərində şəhid olmuş Zeynalov İlqar Raquf oğlunun xatirə bulağında RİH tərəfindən təmir-bərpa işləri aparılır və ətrafı abadlaşdırılır.
Təmizlik işlərinə cəlb olunan texnikalarla kənd ərazisində olan suvarma və selötürücü arxlar təmizlənir.
Qeyd edək ki, ötən gün Xəzər xəbər kənddən reportaj hazırlamışdı.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top