Ağstafada 19 yaşlı gənc bıçaqlandı

XƏBƏR 03 avqust 2024, 11:54

Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Poylu kəndində 2005-ci il təvəllüdlü H.Məmmədov mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun "Report"un Qərb bürosuna verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2005-ci il təvəllüdlü A. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top