Ukrayna noyabrın sonuna kimi sülh üçün fəaliyyət planı hazırlayacaq

XƏBƏR 30 iyul 2024, 15:26
“Kiyev noyabrın sonuna kimi sülhün bərqərar olması üçün fəaliyyət planı hazırlayacaq”.
Qerbinfo.com
 xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.
Zelenski Rusiyanın Ukrayna ərazilərini işğal altında saxladığı bir vaxtda atəşkəs çağırışlarına cavab verə bilməyəcəyini vurğulayıb.
Ukrayna Prezidentinin sözlərinə görə, Kiyev ərazi bütövlüyü və digər məsələlərlə bağlı müvafiq ölkələrlə ətraflı müzakirələrə başlayacaq.
Zelenski Ukraynanı dəstəkləmək istəməyən ABŞ-nin keçmiş prezidenti Donald Trampla bağlı sualı da cavablandırıb.
O bildirib ki, telefon danışığı zamanı Trampı ölkəsinə səfərə dəvət edib.
“Əgər cənab Tramp Ukrayna haqqında nəsə bilmək istəsə, gəlib özü görə bilər və ya məndən soruşa bilər. Onun komandası ilə əlaqə saxladıq. Cənab Tramp mənə istənilən sualı cavablandırmağa hazır olduğunu dedi”, - deyə Ukrayna Prezidenti bildirib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top