![](https://cdn.qerbinfo.com/uploadedfiles/custom/2024/7/30/1/473b8938-c252-4374-ae03-a29a04ce3bdd/qazaxpolis.jpg)
Qazaxda qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakini Elviz Salmanov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) APA-ya bildirilib.
Vurğulanıb ki, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E. Salmanovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş, ümumi çəkisi 6 kq 800 qram olan narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.
Bundan başqa E. Salmanovun yaşadığı evdən qurudulmuş marixuana, həşiş də aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.