Kəmaləddin Heydərovun müavini işdən çıxarıldı

XƏBƏR 09 iyul 2024, 13:28

Fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib. 

Qaynarinfonun məlumatına görə, generalın adı artıq nazirliyin rəsmi saytından silinib.

FHN-də maliyyə məsələlərinə nəzarət edən Ragim Lətifovun rəhbərlik etdiyi dövrlə bağlı yoxlamalar aparılıb. Sabiq nazir müavininin işdən çıxarılmasının bu yoxlamalarla bağlı olduğu deyilir.

Qeyd edək ki, fevral ayında R.Lətifovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılsa da, nə təsdiq, nə də təkzib edilib. 6 aydan sonra isə Fövqəladə Hallar Nazirliyinin saytında da onun adı nazir müavinləri siyahısından çıxarılıb. 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top