Nuray Əbilova Avropa birinciliyində gümüş medal qazandı

XƏBƏR 15 iyun 2024, 15:36
15-24 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinə start verilib.
Qerbinfo.com
xəbər verir ki, 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılır. Bu gün onlardan ilk olaraq Nuray Əbilova körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 40 kq çəki dərəcəsində qüvvəsini sınayıb. İdmançımız birdən qaldırma hərəkətində 49 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb. Nuray təkanla qaldırma hərəkətində 57 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 5-ci olub. Əbilova toplam 106 kq (49+57) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub. Nurayı gümüş medal münasibətilə təbrik edirik!

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top