
Qazaxda avtomobil qəzasında xəsarət alan şəxs dünyasını dəyişib.
"Mercedes" və "Ford" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan piyada 1955-ci il təvəllüdlü Ş.Mustafayeva aldığı yaralardan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, toqquşan avtomobilərdən biri idarəetmədən çıxaraq piyadanı vurub. Hadisə nəticəsində daha 2 nəfər, "Mercedes" markal avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü M.Mahmudov və 1964-cü il təvəllüdlü İ.Musayev də xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. Report