Ağstafa polisindən uğurlu əməliyyat: Camaatı susuz qoyanlar tutuldu - VİDEO

XƏBƏR 31 may 2024, 14:41

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Ağstafa rayonunun bir neçə kəndində yerləşən artezian quyularını elektrik enerjisi ilə təmin edən naqilləri oğurlayan şəxslər tutulublar.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, Emin Qurbanov, Əliş İsgəndərov, Xəyyam Qasımov, İbrahim Orucov və Misir Abbasov rayon ərazisində yerləşən 8 artezian quyusunu elektrik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlayıb və metal qəbulu məntəqələrinə satıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top