Qazaxda aramsız yağışların yaratdığı seldən - Görüntülər

XƏBƏR 26 may 2024, 11:20

Son günlər yağan yağışlardan sonra Qazaxda Ağstafaçay və Coğazçayı, eyni zamanda Kür çayı daşıb.

“Qafqazinfo”nun məlumatına görə, nəticədə təbii fəlakət bəzi fəsadlar törədib.

Belə ki, mal bazarı və yaxınlıqdakı obyektlər, torpaq sahələri və kafelər suyun altında qalıb.

Hazırda Xram çayının daşması nəticəsində rayonun İkinci Şıxlı kəndi ərazisində də sel müşahidə edilir. Təbii fəlakətin qarşısının alınması istiqamətində işlər görülür, əraziyə texnikalar cəlb olunub. Hələ ki yaşayış evlərinə suyun dolması barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bölgədə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top