Qazax rayonunun sakinləri NARAZILIQ EDİRLƏR: Yollara əncam çəkən yoxdur

XƏBƏR 22 may 2024, 10:55
Qazax rayonunun Nəsrəddin Tusi, Şah İsmayıl Xətai, Babək və Fərrux Qayıbov küçələri istifadəyə yararsızdır.
Bu barədə Oxu.Az-a sakinlər şikayət ünvanlayıblar.
Onlar bildiriblər ki, sözügedən ərazidə yollar sonuncu dəfə 1988-ci ildə təmir edilib:
"Həmin ünvanda asfaltlanma, təmir-bərpa işləri uzun müddətdir aparılmır. Mövcud vəziyyət qış aylarında daha da çətinləşir. Maşınlar sıradan çıxır. Piyadaların vəziyyəti isə daha da acınacaqlı olur. Xahiş edirik bizim problemimiz həll edilsin".

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top