“Yol hərəkətinə diqqət həyatımıza verdiyimiz qiymətdir!” mövzusunda tədbir keçirilib – FOTO + VİDEO

XƏBƏR 06 oktyabr 2023, 15:54

Elm və Təhsil Nazirliyi “1 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin avtoşəhərciyində “Diqqət uşaqlar!” aylığı çərçivəsində “Yol hərəkətinə diqqət həyatımıza verdiyimiz qiymətdir!” mövzusunda tədbir keçirilib.
Qerbinfo.com saytına verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd ildən-ilə artan yol qəzalarının qarşısını almaq və bu mövzuda uşaqları maarifləndirməkdir.
Tədbirdə polis kapitanı Pərvanə Muradova, poliş serjantı Elnur Mahmudov, Mərkəzin direktoru Kəmalə Abdullayeva, mərkəzin 5, 54, 211, 266, 244 nömrəli məktəblərdə fəaliyyət göstərən “Yol hərəkəti qaydaları” və mərkəzdə fəaliyyət göstərən “Təsviri sənət” dərnəklərinin üzvləri iştirak ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə piyada və sürücülərin, o cümlədən uşaqların maarifləndirilməsi işləri həyata keçirilir.
Prosesə məktəblilərin də cəlb olunması uşaqların elə onların öz həmyaşıdlarının dili ilə maarifləndirilməsi baxımından çox əhəmiyyətlidir.
“1 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin 244 nömrəli məktəbdə fəaliyyət göstərən “Yol hərəkəti qaydaları” dərnəyinin müəlliməsi Aybəniz Ağayeva deyir ki, Dövlət Proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının azaldılmasıdır.
Aybəniz Ağayevanın sözlərinə görə, belə tədbirlər uşaqların yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəldir, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi baxımından daha məsuliyyətli olmağa çağırır.
“Məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər”,-deyə Aybəniz Ağayeva vurğulayıb.
Qeyd edək ki, 244 nömrəli məktəbdə fəaliyyət göstərən “Yol hərəkəti qaydaları” dərnəyinin şagirdləri – İntiqam İsmayılzadə, Gülnur Mehdizadə və Mədinə Yəhyayeva Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Telesəhər” proqramının qonağı olublar.
Verilişdə qonaq qismində Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli də iştirak edib.
Verilişdə “Diqqət uşaqlar!” devizi ilə keçirilən təhlükəsizlik aylığı və yol hərəkəti qaydaları ilə bağlı məlumat verilib, sürücü və piyadalara müraciətlər olunub, həmçinin şagird polislər sualları cavablandırıblar.
Şagirdlərin valideynləri belə maarifləndirici tədbirlərə, belə təşkilatçılığa görə “1 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin bütün əməkdaşlarına, Respublika Baş Dövlət Yol Polisi İdarəsinə, həmçinin “Yol hərəkəti qaydaları” dərnəyinin müəlliməsi Aybəniz Ağayevaya təşəkkür edir, bu çətin, məsuliyyətli və vacib işlərində yeni-yeni uğurlar arzulayır.

Bineqedi yol hereket qaydası png

diqqet-usaqlar-ayligi-aybeniz-agayeva diqqet-usaqlar-ayligi-aybeniz-agayeva diqqet-usaqlar-ayligi-aybeniz-agayeva

Bineqedi yol hereket qaydası png

Bineqedi yol hereket qaydası tedbir png

Bineqedi yol hereket qaydası png

diqqet-usaqlar-ayligi-aybeniz-agayeva

 

 

 

 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top