Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistralının rayon ərazisindəki payında qeydə alınıb. Hərəkətdə olan mikroavtobus evakuatorla toqquşub.
Qəza nəticəsində mikroavtobusun sərnişinləri- 42 yaşlı Afət Məmmədova və 41 yaşlı Həcər İsmayılova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılıb.