Laçında ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Mollalar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, qəza nəticəsində ölən və xəsarət alanlar var. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı saytımıza bildirib ki, hazırda Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
***
“Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları – 28 yaşlı Məmmədov Məhəmməd Mübariz oğlu və 65 yaşlı Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.