Mövqelərimiz atəşə tutuldu – Bu dəfə Gədəbəy istiqamətində

XƏBƏR 19 sentyabr 2023, 09:54
Sentyabrın 19-u saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun  Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Qerbinfo.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə,  bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top