Nazir müavini Tovuzda problemləri dinlədi - Foto

XƏBƏR 01 sentyabr 2023, 14:59

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Qerbinfo.com
 xəbər verir ki, ilk olaraq kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov sentyabrın 1-i, saat 10:00-da Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tovuz, Qazax rayonları və Bakı şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti əsasən fermerlərə subsidiyanın verilməsi, işlə təminat, meyvə bağlarında müasir suvarma sisteminin qurulması, eləcə də meyvə bağlarının üzərinə çəkilən xüsusi örtüklərin idxalına görə dövlət güzəştinin tətbiqi, arıçılığın inkişafı, torpaq sahələrinin sənədləşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top