Kür Hazırlıq Mərkəzinin təşkilatçılığı ilə “Sən gül ki, dünya gülsün” adlı tədbir keçirildi - VİDEO

XƏBƏR 08 mart 2025, 17:30
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin akt zalında Kür Hazırlıq Mərkəzinin “Sən gül ki, dünya gülsün” adlı tədbiri keçirildi. Tədbirin proqramına şagird və müəllim kollektivinin hazırladığı konsert proqramı, rəqslər, şeirlər, mahnılar və kiçik səhnəciklər daxil edilmişdi. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Kür Hazırlıq Mərkəzinin direktoru Samir Aslanov 8 Mart - Beynəlxalq Qadınlar Gününün təqvimin ən əlamətdar günlərindən biri olduğunu bildirib. O rəhbərlik etdiyi Kür Hazırlıq Mərkəzinin kollektivi adından bütün türk dünyasının qadınlarını bayram münasibəti ilə təbrik edib. Tədbir boyunca mərkəzin balaca fidanlarının hazırladıqları bir-birindən maraqlı rəqslər, şeirlər,ifa etdikləri musiqilər, kiçik səhnəciklər hər kəsin zövqünü oxşayıb. Sonda balaca fidanlar analarına gül dəstələri bağışlayıblar. 




Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top