Ağstafada 3 hərbçimiz dəm qazından zəhərləndi

XƏBƏR 05 fevral 2025, 10:23

Ağstafada üç nəfər dəm qazından zəhərlənib.

Qerbinfo.com “Unikal”a istinadən xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb.

Belə ki, 3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib.

Onların hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top