Ağstafa rayonu üzrə bu kəndlərin bələdiyyələri birləşdirildi – Prezident qanunu təsdiqlədi

XƏBƏR 25 noyabr 2024, 15:55

Prezident İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.

Qerbinfo.com saytı xəbər verir ki, sənəddə deyilir:
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın”.
Qanuna əsasən, Ağstafa rayonu üzrə birləşmiş bələdiyyələr aşağıdakılardır:

9.1. Ağgöl, Böyük Kəsik və Sadıqlı bələdiyyələrinin əhatə etdiyi Ağgöl, Böyük Kəsik və Sadıqlı kəndlərində Sadıqlı bələdiyyəsi;

9.2. Aşağı Göycəli və Xətai bələdiyyələrinin əhatə etdiyi Aşağı Göycəli, Xətai, Qaçaq Kərəm və Yenigün kəndlərində Xətai bələdiyyəsi;

9.3. Aşağı Kəsəmən və Zəlimxan bələdiyyələrinin əhatə etdiyi Aşağı Kəsəmən və Zəlimxan kəndlərində Aşağı Kəsəmən bələdiyyəsi;

9.4. Düzqışlaq, Xılxına, Kolxəlfəli, Qarahəsənli və Pirili bələdiyyələrinin əhatə etdiyi Düzqışlaq, Xılxına, Kolayır, Kolxəlfəli, Qarahəsənli, Mollacəfərli və Pirili kəndlərində Qarahəsənli bələdiyyəsi;

9.5. Eynallı və Qırılı bələdiyyələrinin əhatə etdiyi Eynallı və Qırılı kəndlərində Qırılı bələdiyyəsi;

9.6. Göycəli, Köhnəqışlaq və Tatlı bələdiyyələrinin əhatə etdiyi Göycəli, Köhnəqışlaq, Tatlı və Yaradullu kəndlərində Göycəli bələdiyyəsi;

9.7. Həsənsu və Vurğun bələdiyyələrinin əhatə etdiyi Vurğun qəsəbəsində və Həsənsu kəndində Həsənsu bələdiyyəsi;

9.8. Köçvəlili, Qarayazı və Muğanlı bələdiyyələrinin əhatə etdiyi Həzi Aslanov, Qarayazı, Soyuqbulaq, Soyuqbulaqlar qəsəbələrində və Köçvəlili, Muğanlı kəndlərində Muğanlı bələdiyyəsi;

9.9. Qıraq Kəsəmən, Poylu, Poylu qəsəbə və Saloğlu bələdiyyələrinin əhatə etdiyi Ceyrançöl, Poylu, Saloğlu, Şəkərli qəsəbələrində və Qıraq Kəsəmən, Poylu kəndlərində Poylu bələdiyyəsi.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top