Qazax rayonu üzrə bu kəndlərin bələdiyyələri birləşdirildi – Prezident qanunu təsdiqlədi

XƏBƏR 25 noyabr 2024, 14:52

Prezident İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.

Qerbinfo.com saytı xəbər verir ki, sənəddə deyilir:
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın”.
Qanuna əsasən, Qazax rayonu üzrə birləşmiş bələdiyyələr aşağıdakılardır:

30.1. Aslanbəyli və Yuxarı Salahlı bələdiyyələrinin əhatə etdiyi Aslanbəyli və Yuxarı Salahlı kəndlərində Aslanbəyli bələdiyyəsi;

30.2. Aşağı Salahlı və Orta Salahlı-Qazaxbəyli bələdiyyələrinin əhatə etdiyi Aşağı Salahlı, Qazaxbəyli və Orta Salahlı kəndlərində Salahlı bələdiyyəsi;

30.3. Birinci Şıxlı və İkinci Şıxlı bələdiyyələrinin əhatə etdiyi Birinci Şıxlı və İkinci Şıxlı kəndlərində Şıxlı bələdiyyəsi;

30.4. Canalı və Kosalar bələdiyyələrinin əhatə etdiyi Canalı, Hüseynbəyli və Kosalar kəndlərində Kosalar bələdiyyəsi;

30.5. Çaylı və Dəmirçilər-Ürkməzli bələdiyyələrinin əhatə etdiyi Bala Çaylı, Çaylı, Dəmirçilər və Ürkməzli kəndlərində Çaylı bələdiyyəsi;

30.6. Kəmərli və Qaymaqlı bələdiyyələrinin əhatə etdiyi Kəmərli və Qaymaqlı kəndlərində Kəmərli-Qaymaqlı bələdiyyəsi.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top