Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

XƏBƏR 21 iyul 2024, 10:45

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Qerbinfo.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"İyulun 20-si saat 22:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - hərbi qurumun məlumatında diqqətə çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top