Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

XƏBƏR 17 iyul 2024, 14:11

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Qerbinfo.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilib. Əlavə təyin edilən qatarlar iyulun 20-də saat 09:15-də Bakıdan-Ağstafaya, iyunun 21-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top