Qazax və Ağstafada heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ÜNVANLAR

XƏBƏR 12 iyun 2024, 10:26

Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. 16, 17 iyun tarixlərində bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
Qazax və Ağstafa rayonlarında aşağıda qeyd olunan ünvanlarda vətəndaşlar saat 8:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirə biləcəklər.

 

Qazax rayonu üzrə

1

Qazax şəhəri, Ə.Şıxlınski küçəsi, 100

Məmmədov Səməd İsə oğlu

Yalnız kəsim

2

Qazax şəhəri, N.Nərimanov küçəsi

Şahin Əliyev Meydan oğlu

Yalnız satış

 

Ağstafa rayonu üzrə

1

Dağ Kəsəmən kəndi

Cürənli Elyar Firuddin oğlu

Yalnız kəsim

2

Dağ Kəsəmən kəndi

Cürənli Elyar Firuddin oğlu

Yalnız satış

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top