“Gənclərə dəstək” layihəsi Türkiyədə uğurla təqdim olundu

XƏBƏR 12 iyun 2024, 09:53

Bildiyiniz kimi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü bütün dünyada qeyd olunur. Bu əlamətdar gün ilə bağlı bir sıra tədbirlər, konsertlər  təşkil olunur. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası da bu günə xüsusi diqqətlə  yanaşır. Hər il olduğu kimi bu ildə 1 iyun tarixində Filarmoniyanın   Kamera və Orqan Musiqisi Zalında "Uşaqların sevinci" adlı konsert təşkil olunmuşdur. Tədbirdə müxtəlif yaş kateqoriyalarında  olan gənc musiqiçilər konsert proqramı ilə çıxışlar etmişdirlər. Bu tədbir Filarmoniyanın "Gənclərə dəstək" layihəsinin iştirakçıları ilə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində  silsilə konsertlərlə davam etmişdir.

Belə ki, "Gənclərə dəstək" layihəsinin İstanbul şəhərindəki konserti  09 iyun 2024-cü il tarixində Milli Təhsil Nazirliyi Bakı Sənət Akademiyasında təşkil olunmuşdur.

Digər konsert 10 iyun tarixində İstanbul şəhərində Hoş Atölye konsert salonunda keçirilmişdir.
Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları - Yasəmən Umudova (piano), Camal Əliyev (piano), Nuray Həsənli (piano), Ayşen Umudova (piano), Adnan Kərimli (zərb aləti), Fərəh Əliyeva (piano), Milay Məhərrəmli (vokal) çıxış etdilər.
Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənmişdir.

Konsertin təşkilatçısı "Hoş Atölye" Sanat Danışmanı
Aytac Rzaguliyeva tərəfindən iştirakçılar üçün hazırlanmış diplomlar, xatirə hədiyyələri, suvenirlər xoş bir əlavə idi.

Xatırladaq ki, “Gənclərə dəstək” layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri — Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, layihənin koordinatoru — Filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.













DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top