Qazaxda bəy özünü təmtəraqla hazırlanmış toy çadırından asdı: Sevdiyi qızla ailə qururmuş

XƏBƏR 01 iyun 2024, 22:17

Ötən gün Qazaxda dəhşətli intihar hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov özünü asaraq canına qıyıb.

Yaxınları bildiriblər ki, dünən həyatına son qoyan Əhliman dörd ildir sevdiyi qızla ailə qurmağa hazırlaşırmış.

Belə ki, onun üç gün əvvəl qız toyu olub. Əhlimanin sevdiyi xanımın əkiz bacısının qız toyu da onlarla eyni günə salınıbmış.

27 yaşlı gənc də məhz toyundan bir gün qabaq onun üçün təmtəraqla hazırlanmış mağardan özünü asıb.

Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top