Qazaxda maşın piyadaları vurdu

XƏBƏR 18 fevral 2024, 11:55

Qazax rayonunda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Orucov idarə etdiyi "VAZ 2107" ilə hərəkətdə olan zaman iki piyadanı vurub. Onlardan biri 1975-ci il təvəllüdlü Elmira Şıxlinski, digəri isə 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovadır. Hər ikisi müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. report

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top