İntellekt oyunları üzrə "Əliyar Əliyev kuboku" keçirilib - Fotolar

XƏBƏR 03 oktyabr 2023, 02:38
Sumqayıt şəhərində Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr olunan "Qubadlı rayon məktəbliləri arasında İntellekt oyunları üzrə "Əliyar Əliyev kuboku" adlı intellektual oyun keçirilib.
Qerbinfo.com xəbər verir ki, “Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan intellektual oyunda Qubadlı rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərini təmsil edən 9 komanda iştirak edib. Hər komanda bir məktəbi təmsil edib və komandaların tərkibinə 5 məktəbli daxil edilib. 3 mərhələdə keçirilən intellektual oyunun yekununda Qubadlı rayon İ.Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbin komandası ən yüksək nəticə göstərərək 1-ci yerin sahibi olub. İntellektual oyunda F.Mehdiyev adına Qaralar kənd tam orta məktəbi 2-ci, S.Rəhimov adına Mahruzlu kənd tam orta məktəbi isə 3-cü yerin sahibi olub.
“Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyinin sədri Tahirə Nağıyeva bildirib ki, Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr olunan intellektual oyunun keçirilməsində məqsəd məktəblilərin intellektual-yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılmasıdır. İctimai Birlik sədri deyib ki, məktəblilər tərəfindən biliklərin oyun şəkilində əldə edilməsini təşviq edən bu yarışın nəticəsində şagirdlərə cəmiyyətimizin milli xüsusiyyətlərinə cavab verən dəyərləri aşılamağa çalışıblar.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top