Su Polisi elektriklə qanunsuz balıq ovlayan şəxsi saxladı

XƏBƏR 03 sentyabr 2023, 23:43

Su Nəqliyyatında Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində keçirilən növbəti reyd zamanı kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə qanunsuz olaraq balıq ovu ilə məşğul olan Qazax rayon sakini Elvin Həsənov saxlanılıb. Onun ovladığı 25 ədəd şəhmayı, 24 ədəd xramulya balığı, qayıq və digər elektrik avadanlıqları maddi sübut kimi götürülüb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top