
Bakıda avtomobil qadını vuraraq öldürüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 3-də saat 21:35 radələrində Xocasən-Meyvəli yolunda qeydə alınıb.
Belə ki, Paşa Əsgərov idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə hərəkətdə olarkən naməlum sürücü tərəfindən vurulan qadın meyitinin üstündən keçib.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb. Qadını ilk olaraq hansı avtomobilin vurması araşdırılır.