Ağstafanın ikinci böyük yaşayış məntəqəsi, Dağ Kəsəmən kəndində abadlıq-quruculuq işlərinə başlanılıb.
Qerbinfo.com xəbər verir ki, hazırda kəndin mərkəzindən keçən 2,2 km uzunluğunda Ağstafa və Qazax şəhərlərini birləşdirən avtomobil yolunun yenidən qurulması məqsədilə ərazidə müvafiq tədbirlərin icrasına start verilib. Belə ki, köhnə beton səki daşları sökülərək yenisi ilə əvəz olunur, işıq dirəklərinin plafonları müasirlərilə yenilənir, həmçinin elektrik xətti yenidən qurulur.
Yaxın günlərdə yol boyu hasarların bərpası və rənglənməsi işlərinə başlanılacaq.