Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun cəbhə bölgəsində yerləşən Tatlı kəndində bir sıra ziyalı və ağsaqqallarla görüş keçirib.
Qerbinfo.com xəbər verir ki, görüşdə koronavirus pandemiyası ilə mübarizədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına uyğun olaraq rayonda görülən işlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə görülən işlər bir daha göstərir ki, vətəndaşlarımız dövlətimiz üçün hər şeydən yüksəkdə durur.
Eyni zamanda son günlər işğalçı Ermənistan tərəfindən törədilən təxribatlara toxunulub.
Qeyd olunub ki, həmin təxribatların qarşısının alınması zamanı düşmənə endirilən sarsıdıcı zərbələrlə ordumuz hansı gücə malik olduğunu bütün dünyaya nümayiş etdirdi.
Görüşdə çıxış edən ziyalı və ağsaqqallar öz fikirlərini və təkliflərini bildirərək ölkə rəhbərliyinin müvafiq tapşırıqları ilə Ağstafa rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinə, icra olunan sosial layihələrə, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrə göstərilən qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.