Qoyun əti kimlərə olmaz? – Bu xəstəliyi olanlar diqqətli olsun!

CƏMİYYƏT 21 sentyabr 2020, 14:46
Artıq müqəddəs Qurban Bayramı ərəfəsindəyik. Bu günlərdə deyə bilərik ki, bir çox evlərin süfrələrində qoyun ətindən hazırlanan yeməklər olacaq. Lakin qoyun ətinin faydalı olması ilə yanaşı zərərli tərəfləri də var və elə şəxslər var ki, onlara bu əti yemək olmaz.
Qoyun ətinin faydalarını və zərərlərini təqdim edirik:
Bir çoxları qoyun ətinin yağlı olmasını nəzərə alaraq onun zərərli olduğunu düşünür. Buna görə də bu ətdən birdəfəlik imtina edirlər. Lakin, hər şey qoyun ətinin necə bişirilməsindən və qədərindən asılıdır. Mütəxəssislər bildirirlər ki, qoyun ətindən yemək hazırlanarkən ilk öncə onun yağlı hissələri kənara atılmalıdır və bacardıqca istifadə olunmamalıdır. Bu zaman həmin yeməyi istehlak edən insanlarda pis xolesterinin miqdarını aşağı salmaq mümkündür. Qoyun ətinin tərkibində B qrupu, E,D,K vitaminləri, su, zülal, fosfor, sink, selenium, kalium, kalsium, maqnezium var. Tərkibində olan faydalı minerallar və vitaminlər sayəsində bədənə qüvvət verir, qanı artırır, orqanizmin itirilmiş enerjisini bərpa edir. Mütəxəssislər, Qurban bayramında kəsilən qoyunun xəstə olub-olmamasına və kəsilən yerin təmiz olmasına diqqət edilməli olduğunu bildirirlər. Xüsusilə də xroniki xəstəlikləri olan şəxslər qoyun əti istehlak etməmişdən öncə həkimləri ilə məsləhtləşməlidirlər. Bu kimi diqqətsizliklər onların xəstəliklərini daha da ağırlaşdıra bilər.
Qoyun əti mədə-bağırsaqda turşuluq dərəcəsini artırır və buna görə də gec həzm olunur. Buna bağlı olaraq qastriti, reflüks, yüksək turşuluqla bağlı mədə problemləri olan şəxslərə qoyun əti yemək olmaz.  Eyni zamanda qan təzyiqi yüksək olan, şəkərli diabet xəstələri, qaraciyər xəstəlikləri olan şəxslər də ehtiyyatlı olmalıdırlar. Qoyun əti ilə birlikdə içilən içkilərə də diqqət etmək lazımdır. Qazlı içkilər və şəkər miqdarı çox olan meyvə şirələri ilə birlikdə istehlak edilən zaman reflüks xəstəliyinin yaranma riskini artırır. Buna görə də su və ayrana üstünlük vermək məsləhətlidir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top